Ukraynanın bütün regionlarında elektrik enerjisinin verilişi məhdudlaşdırılıb.
Ednews xəbər verir ki, bu barədə “Ukrenerqo”nun məlumatında qeyd edilib.
Məlumata görə, Ukraynanın enerji sistemi salamatdır, elektrik enerjisinin kəsilməsi fövqəladə vəziyyət və ehtiyat tədbirləri ilə əlaqədardır:
“Ukraynanın enerji sistemi öz bütövlüyünü qoruyub və kontinental Avropa şəbəkəsi ilə sinxron iş prosesinə davam edir”.
Qeyd olunub ki, Odessa və digər regionların elektrik obyektlərində qəza-bərpa işlərinə başlanılıb.