Twitter-in sahibi İlon Mask şirkətin baş məsləhətçinin müavini Cim Beykeri işdən qovub.
Ednews xarici KIV-ə istinadən xəbər verir ki, buna səbəb ABŞ Prezidenti Co Baydenin oğlu Hanterin notbuku ilə bağlı hadisə də adının hallanması olub. Belə ki, hadisə barədə dərc edilən məqalələrdə jurnalist Mett Tippi iddia edib ki, Twitter 2020-ci il seçkiləri ərəfəsində Co Baydenin oğlunun oğurlanmış noutbuku ilə bağlı məqalənin dərc olunmasının qarşısını almaq üçün təcili tədbir görüb.
Jurnalist yazısında Hunterin kompüterində atası Co Baydenin Barak Obamanın hakimiyyəti dövründə, yüksək dövlət vəzifəsi tutduğu zaman Ukraynadakı bioloji laboratoriyalarla bağlı inzibati korrupsiya işlərində əli olduğunu yazıb.
Məlumat Hunter Baydenin kompüterini Delaver ştatındakı Apple təmir sexinə göndərdikdən sonra yayılıb. Sexin sahibi kompyuterdə olan informasiyanın surətini çıxararaq, ABŞ-ın sabiq prezidenti Donald Trampın şəxsi vəkili Rudi Culianiyə ötürüb.
Daha bir iddiaya görə Hunter Baydenin kompüterində onun narkotik və insan alveri biznesi ilə məşğul olmasına dair sübutlar da aşkarlanıb.
Rəna Mürşüd