Yaponiyadan Əfqanıstana edilən yardımın miqdarı - 106 MİLYON DOLLAR - ednews.net

28 Yanvar, Şənbə

(+994 50) 229-39-11

Yaponiyadan Əfqanıstana edilən yardımın miqdarı - 106 MİLYON DOLLAR

Dünya A- A A+
Yaponiya Əfqanıstana 106 milyon dollar yardım edib.
 
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Taliban"ın sözçüsü Abdul Qahar Balxi bildirib.
 
Onun sözlərinə görə, "Taliban"ın xarici işlər naziri Əmir Xan Müttəki ölkəsinə göstərdiyi 100 milyon dollardan çox yardıma görə Yaponiya hökumətinə təşəkkür edib.
 
Öz növbəsində, səfir Okada Takeşi bildirib ki, Yaponiya gələn ildən BMT Təhlükəsizlik Şurasının üzvü kimi öz səlahiyyətlərini yerinə yetirəcək və BMT-nin bu qurumunda Əfqanıstanla bağlı müsbət rol oynamağa çalışacaq.
 
Qeyd edək ki, Yaponiya səfirliyi oktyabrda Kabildə işini bərpa edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...