"Putinin nüvə ritorikasının məqsədi..." - ednews.net

31 Yanvar, Çərşənbə axşamı

(+994 50) 229-39-11

"Putinin nüvə ritorikasının məqsədi..."

Dünya A- A A+

Rusiyanın Ukraynaya hücumu İkinci Dünya Müharibəsindən sonra Avropanın üzləşdiyi ən ağır təhlükəsizlik böhranıdır.

Ednews bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq "France24"ə müsahibəsində deyib.

"Bu təhlükəsizlik üçün mühüm andır, dönüm nöqtəsidir", - deyə o qeyd edib.

Stoltenberq son vaxtlar Putindən gələn nüvə təhdidlərinin azaldığını qeyd etsə də Alyansın sayıq davrandığını və vəziyyəti daim nəzarətdə saxlayacağını deyib.

"Nüvə silahının ritorikası ehtiyatsızlıqdır, təhlükəlidir. Onun məqsədi, əlbəttə ki, bizi Ukraynanı dəstəkləməkdən çəkindirməkdir, lakin o, buna nail olmayacaq", - deyə Stoltenberq vurğulayıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...