Yaponiyada 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə şənbə günü Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Ednews-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Miyazaki şəhərindən 4 km cənub-şərqdə olub.
Zəlzələ 45 km dərinlikdə baş verib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.