Tailand Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi Tailand körfəzində batıb.
Ednews xəbər verir ki, Hərbi Dəniz Qüvvələri səhər saatlarında 75 dənizçinin xilas edildiyini və 31 dənizçinin isə itkin düşdüyü aşıqlanıb.
İtkin dənizçilər üçün zamana qarşı yarış davam edir. Axtarış-xilasetmə işlərinə gəmilərlə yanaşı helikopterlərin də qatıldığı bildirilib.
Taylandın şimalında və mərkəzi hissəsində ilin ən aşağı temperaturu müşahidə edilsə də, son günlər fırtınalar və daşqınlar müşahidə olunur.
Səlahiyyətlilər gəmilərə sahildə qalmaları barədə xəbərdarlıq ediblər.
Nəzrin Eldarqızı