Dekabrın 18-də Rumıniyanın Konstanta limanından lövbər götürərək Trabzon limanına üzən Panama bayraqlı “Beata Alfa” quru yük gəmisində ötən gün saat 20.30 radələrində Sinop sahillərində yanğın baş verib.
Ednews xəbər verir ki, yaralanan və tüstüdən təsirlənən 13-ü Misirli olan 16 nəfərlik heyət, balıqçı qayıqları ilə limana çatdırılıblar.
Daha sonra xəsarət alanlar xəstəxanalara aparılıb.
Yanğın səhər saatlarında nəzarətə götürülərək söndürülüb.
Gəminin kapitanının harda olması isə çoxlarının beynində sual yaratmışdı.
Bildirilib ki, itkin düşən kapitan, Misirdən olan Hüsam Sabit alovdan xilas olmaq üçün dənizə atılıb.
Nəzrin Eldarqızı