"Taliban" Əfqanıstanda qeyri-hökumət təşkilatlarına (QHT) qadınların işdən uzaqlaşdırılması əmrini verib.
Ednews xəbər verir ki, bu barədə “Reuters” "Taliban" hökumətinin İqtisadiyyat Nazirliyinin məktubuna istinadən məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb bu QHT-lərdə işləyən bəzi qadınların "Taliban"ın irəli sürdüyü geyim qaydalarına əməl etməməsidir.
"Taliban" hökumətinin İqtisadiyyat Nazirliyinin sözçüsü Əbdülrəhman Həbib "Reuters"ə deyib ki, bu qərar Əfqanıstan Humanitar Yardım Koordinasiya Agentliyinə daxil olan təşkilatlara aiddir.