“Ukrayna münaqişəsi və Avropa İttifaqının anti-Rusiya sanksiyaları səbəbindən enerji qiymətlərinin artması ölkə iqtisadiyyatına 10 milyard avroya başa gəlib”.
Ednews xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban yerli “Magyar Nemzet” qəzetinə müsahibəsində deyib.
Nazir bildirib ki, 2021-ci ildə Macarıstan 7 milyard avro, bu il isə 17 milyard avro dəyərində enerji məhsulları idxal edib.
Baş nazir əlavə edib ki, enerji qiymətlərinin artması ölkəsi üçün təhlükəli vəziyyət yaradıb.