Yaponiyada yağan güclü qar nəticəsində ölənlərin sayı 17-yə çatıb
Ednews xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın müxtəlif bölgələrində güclü qar yağması nəticəsində baş verən fəlakət və qəzalarda həyatını itirənlərin sayı 17-yə yüksəlib.
Yaponiya Meteorologiya Agentliyi ölkənin şimal-şərq əyalətlərinin bir çox bölgələrində qarın qalınlığının mövsüm normalarından 3 dəfə çox olduğunu bildirib.
Milli mətbuatda yer alan xəbərə görə, güclü yağış səbəbindən hava və dəmir yolu nəqliyyatında fasilələr yaranıb.
Ayan Rzayeva