Gürcüstanda daha bir kilsə qarət olundu - ednews.net

28 Yanvar, Şənbə

(+994 50) 229-39-11

Gürcüstanda daha bir kilsə qarət olundu

Dünya A- A A+

Gürcüstanın qərbindəki Sameqrelo-Zemo Svaneti bölgəsindəki Martvili şəhərində Müqəddəs Məryəm kilsəsi qarət edilib.

Ednews yerli KİV-lərə istinadla xəbər verir ki, məbədə pəncərədən daxil olan oğrular əsas ikonanı, gümüş şamdanları və ianə qutusundan xeyli pul aparıblar.

Qeyd edək ki, bu son 6 ayda ikinci kilsədir qarət olunur.

Bundan əvvəl, ötən il noyabrın 25-də Gürcüstanı şoka salan hadisə olmuşdu. İki nəfər Xaşuri bələdiyyəsinin Tsxramuxa kəndində monastıra girərək yaşlı rahibəyə hücum ediblər. Qadını hədələyərək ondan pul və qızıl-zinət əşyaları tələb ediblər.
Cinayətkarlar onların tələbini yerinə yetirməyən rahibəni döyüb və zorlayıblar. Sonra onlar ianə qutularını oğurlayaraq hadisə yerindən qaçıblar.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...