Amerikalı müğənni Madonna afrikalı uşaqların alverində və istismarında şübhəli bilinir.
Ednews The Times Nigeria-ya istinadən xəbər verir ki, Madonna uşaq alveri, uşaq cinsi istismarı, köləlik, məcburiyyət hədələri, fırıldaqçılıq, aldatma və səlahiyyətdən sui-istifadə və ya uşaqların zəifliyi ilə bağlı günahlandırılıb. Efiopiya Dünya Federasiyası hesab edir ki, hərtərəfli araşdırma aparılana qədər Madonnanın afrikalı uşaqlara çıxışını məhdudlaşdırmaq lazımdır. Fəallar Maddonnanın qalmaqallı reputasiyasına diqqət yetirirlər. Onların fikrincə, Madonna nüfuz və şöhrətdən “uşaqlar üzərində sosial eksperimentlər aparmaq” üçün istifadə edib.
“Ümumdünya Efiopiya Federasiyası”adlı xeyriyyə təşkilatı dövlət başçısı Lazarus Çakveradan sənətçi haqqında araşdırma aparmağı tələb edir.
Ayan Rzayeva