Ukraynada helikopter qəzasında həlak olanların sayı 19-a çatıb, 29 nəfər isə yaralanıb. Yaralılardan 15-i uşaqdır.
Ednews xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kuleba məlumat verib.
Ölənlərdən 3-ü uşaqdır.
***
12:30
Kiyev vilayətinin Brovarı qəsəbəsində uşaq bağçasının ərazisində helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb.
Ednews Unian-a istinadən xəbər verir ki, nəticədə ərazidə yanğın baş verib, insanlar təxliyə edilib.
Kiyev vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba bildirib ki, helikopter qəzaya uğrayan zaman bağçada uşaqlar olub, təxliyə artıq başa çatıb.
Hadisə yerində təcili yardım briqadaları, polis və yanğınsöndürənlər işləyir.
Hadisə zamanı 5 nəfərin yaralandığı bildirilir.