Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzasının baş verdiyi ərazidə xilasetmə işləri başa çatıb.
Ednews xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, qəzada 14 nəfər həlak olub, ölənlərdən biri uşaqdır. Həmçinin, 11-i uşaq olmaqla, 25 nəfər yaralanıb.
Qeyd edək ki, Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində uşaq bağçasının yaxınlığında partlayış, daha sonra isə güclü yanğın baş verib.
Həlak olanlar arasında Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də var.