Odessa UNESCO-nun "Təhlükədə olan Ümumdünya İrs Siyahısı"na daxil edilib - ednews.net

28 Yanvar, Şənbə

(+994 50) 229-39-11

Odessa UNESCO-nun "Təhlükədə olan Ümumdünya İrs Siyahısı"na daxil edilib

Dünya A- A A+

Ukraynanın Odessa şəhəri "Təhlükədə olan Ümumdünya İrs Siyahısı"na daxil edilib.

Ednews xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər nazirinin birinci müavini Emine Caparova "Facebook" hesabında bildirib.

Onun sözlərinə görə, bu gün UNESCO-nun Ümumdünya İrs Komitəsi 18-ci növbədənkənar sessiyası zamanı Ukraynanın “Odessa liman şəhərinin tarixi mərkəzi” dosyesinin "Təhlükədə olan Ümumdünya İrs Siyahısı"na daxil edilməsi barədə qərar qəbul edilib.

"Bundan sonra dəniz kənarındakı mirvarimizi Rusiyanın Ukraynaya qarşı dağıdıcı təcavüzündən qorumaq üçün UNESCO-nun əlavə mühafizəsini alacağıq. Bu mühüm qərardan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi, UNESCO üzrə Ukrayna Milli Komissiyası, Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi, Odessa Şəhər Şurası uzun və əziyyətli iş görüb.

Mən UNESCO ilə iş üzrə Milli Komissiyanın rəhbəri kimi Ümumdünya İrs Komitəsinin sədri Əlahəzrət Şahzadə Hayfa Əl Moqrinə qətiyyətli mövqeyinə və Rusiyanın sessiya zamanı Ukrayna dosyesinə baxılmasını pozmaq cəhdlərinə qarşı verdiyi cavaba görə minnətdarlığımı bildirirəm. Bu qələbə həm də bu dosyenin təbliğində və mədəni irsimizin qorunmasına dəstək verən tərəfdaşlar, xüsusən də Ukraynanın Dostları Qrupu ölkələri sayəsində mümkün olub", - Ukrayna XİN rəsmisi deyib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...