Stoltenberqlə Zelenski arasında telefon danışığı olub - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

Stoltenberqlə Zelenski arasında telefon danışığı olub

Dünya A- A A+

NATO Baş katibi Yens Stoltenberq ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Ednews xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter"də bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı tərəflər Ukraynanı dəstəkləmək üçün tərəfdaşların daha sıx koordinasiyası, xüsusən də tank koalisiyasının genişləndirilməsi və keyfiyyətcə yeni silah növlərinin Ukraynaya göndərilməsini müzakirə ediblər.

"Biz, həmçinin NATO-ya üzvlük üçün lazımi addımlar barədə danışdıq", - deyə Zelenski bildirib.

NATO Baş katibi Stoltenberq isə qeyd edib ki, lazım olduğu müddətdə hərbi alyansın müttəfiqləri Ukraynaya yardımı davam etdirəcək.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...