Türkiyədə əsasən kürdlərin təmsil olunduğu HDP partiyasından deputat seçilən erməni əsilli Qaro Paylan Qarsa gələrək Türkiyə-Ermənistan sərhədindəki Akyaka sərhəd qapısının açılması ilə bağlı ölkə başçısı Rəcəb Tayyib Ərdoğana səslənib.
Ednews xəbər verir ki, bu barədə informasiya “birgun.net” saytında yerləşdirilib.
Onun sözlərinə görə, sərhədlərin açılması ticarətin inkişafına təkan verəcək:
“Bu da təkcə türklər və ermənilər üçün deyil, həm də kürdlər və azərbaycanlılar üçün də faydalı olacaq”.
Bundan əlavə, Paylan sərhəd qapısının 16 il əvvəl İstanbulda öldürülən erməni jurnalist Hrant Dinkin şərəfinə adlandırılmasını təklif edib.