AŞ PA-da Azərbaycanın mina problemi ilə bağlı paralel tədbir keçirilib - ednews.net

20 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

AŞ PA-da Azərbaycanın mina problemi ilə bağlı paralel tədbir keçirilib

Dünya A- A A+

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 2023-cü il 23-27 yanvar tarixlərində keçirilən qış yarımsessiyası çərçivəsində Azərbaycanın üzləşdiyi mina problemi ilə əlaqədar “Humanitar minatəmizləmə fəaliyyəti: sülhə və dayanıqlı inkişafa yol açmaq” başlığı altında tədbir təşkil edilib.

Ednews xəbər verir ki, məcburi köçkünlərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyətini, Azərbaycanda davam edən minatəmizləmə prosesini dəstəkləmək üçün beynəlxalq əməkdaşlığın və yardımın səfərbər edilməsinin zəruriliyini vurğulamaq məqsədilə keçirilən tədbirdə AŞ PA üzvləri, Strasburqdakı diplomatik korpusun nümayəndələri, Avropa Şurası katibliyinin əməkdaşları və digər əlaqədar şəxslər iştirak ediblər.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizin dünyanın mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələrindən biri olduğunu və postmünaqişə dövründə bu ciddi humanitar problemin fəsadları ilə üz-üzə qaldığını diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının məsul işçisi Sultan Hacıyev və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirilmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov təqdimatla çıxış ediblər.

S.Hacıyev uğurlu humanitar minatəmizləmənin azad edilmiş ərazilərin bərpa və yenidən qurulmasının başlıca şərtlərindən biri olduğunu vurğulayaraq, Azərbaycan hökumətinin bu sahədə davamlı səylərindən danışıb. O, minalar və partlamamış hərbi sursatlar probleminin həllinin regionda inkişaf və sabitlik üçün böyük əhəmiyyətinin olduğunu vurğulayıb.

R.Əzizov ölkəmizin üzləşdiyi bu problemin miqyası və mürəkkəbliyi, ANAMA-nın minatəmizləmə əməliyyatlarında tətbiq etdiyi qabaqcıl üsullar, bu sahədə əldə edilmiş nəticələr və çağırışlar haqqında auditoriyaya məlumat verib.

Изображение

Изображение

Изображение



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...