Rusiyada baş verən yanğında üç azyaşlı ölüb - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Rusiyada baş verən yanğında üç azyaşlı ölüb

Dünya A- A A+
Rusiyanın Krasnodar diyarında baş verən yanğında üç azyaşlı ölüb.
 
Ednews xarici mətbuata istinadən xəbər verir ki, hadisə Oktyabrski kəndində yerləşən fərdi yaşayış evində baş verib.
 
Qeyd olunub ki, yanğın yerinin kəşfiyyatı zamanı 3 azyaşlı uşağın meyiti tapılıb. Onların anası, eləcə də 7 və 12 yaşlı qız uşaqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
 
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi açılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...