Ukrayna XİN Gürcüstan hakimiyyətini Saakaşvilini təhvil verməyə çağırdı - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Ukrayna XİN Gürcüstan hakimiyyətini Saakaşvilini təhvil verməyə çağırdı

Dünya A- A A+
"Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanda dəmir barmaqlıqlar arxasında saxlanılan Ukrayna vətəndaşı Mixail Saakaşviliyə qarşı qeyri-insani rəftara kəskin etiraz edir".
 
Ednews xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
 
“Saakaşviliyə qarşı SSRİ NKVD-nin ən pis ənənələrindən olan psixoloji və fiziki zorakılıq tətbiq edilir, onun təcili tibbi yardıma ehtiyacı inkar edilir, Saakaşvilinin həyatına bilərəkdən birbaşa təhlükə yaradılır.
 
Ukrayna vətəndaşına qarşı insan hüquqlarının kobud şəkildə pozulması Tbilisinin Aİ-yə üzvlüklə bağlı elan etdiyi kursa ziddir və Gürcüstanda demokratiyanın iflasından xəbər verir”, - bəyanatda qeyd olunub.
 
Ukrayna XİN Gürcüstan hakimiyyətini Saakaşvilini Ukraynaya təhvil verməyə çağırıb: 
 
“Siyasi qisas üçün insanın həyatı ilə oynamayın! Biz həmçinin xarici hökumətlərə və beynəlxalq təşkilatlara müraciət edirik ki, Gürcüstan hakimiyyətinin siyasi repressiyası nəticəsində həyatı təhlükədə olan Ukrayna vətəndaşını, Gürcüstanın keçmiş prezidentini açıq müdafiə etsinlər", - Ukrayna XİN-in bəyanatında vurğulanır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...