İstanbulda avtobus dayanacağa çırpıldı, yaralılar arasında azərbaycanlı da var - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

İstanbulda avtobus dayanacağa çırpıldı, yaralılar arasında azərbaycanlı da var

Dünya A- A A+

Xəbər verdiyimiz kimi bu gün İstanbulun Baxçalıevlər rayonunda avtobus dayanacağa çırpılıb, nəticədə  1 nəfər ölüb, 5 nəfər yaralanıb.  

Ednews Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəzada xəsarət alanlar arasında Azərbaycan vətəndaşı da var. 

Məlumata görə, təcili tibbi yardım maşınları ilə ətraf xəstəxanalardan birinə çatdırılan həmyerlimiz Əhməd Rzayevin vəziyyətinin ağır olduğu bildirilib. 

Yaralılar arasında Əlcəzair vətəndaşı da var. 

Qəza nəticəsində fiziki  qüsurlu 51 yaşlı Hikmət Kaya hadisə yerində ölüb. 

Avtobus sürücüsü saxlanılaraq polis bölməsinə aparılıb. 


***

22.59


İstanbulun Baxçalıevlər rayonunda avtobus dayanacağa çırpılıb.  

Ednews xəbər verir ki, qəzada 1 nəfər ölüb, 5 nəfər yaralanıb. 

Məlumata görə, D-100 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus idarəetmədən çıxaraq ticarət mərkəzinin yaxınlığındakı dayanacaq qarşısında mikroavtobusa çırpılıb. 

Hadisə yerinə polis və təcili yardım briqadası cəlb edilib. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...