ABŞ-da qar fırtınası - 9 nəfər ölüb - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

ABŞ-da qar fırtınası - 9 nəfər ölüb

Dünya A- A A+

ABŞ-da qar fırtınası bu həftə bir sıra yol qəzalarına səbəb olub.

Ednews Trend-ə istinadən bildirir ki, sözügedən yol qəzaları nəticəsində azı 9 nəfər həlak olub.

Bildirilir ki, ölüm hallarından 7-si Texas ştatında, 2-si isə Oklahoma və Kanzasda qeydə alınıb.

Bundan əlavə, əlverişsiz hava şəraiti ilə əlaqədar həftənin əvvəlindən bir neçə min aviareys təxirə salınıb. Arkanzas, Tennessi, Texas və Oklahoma ştatlarının bir sıra rayonlarında məktəblərdə dərslər ləğv edilib. Bəzi rayonlarda temperaturun mənfi 50 dərəcəyə enəcəyi gözlənilir.

"Poweroutage.us" portalı bildirir ki, qar fırtınası səbəbindən ölkə üzrə yarım milyondan çox ev və müəssisə işıqsız qalıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...