Çavuşoğlundan konsulluqların bağlanmasına sərt reaksiya - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

Çavuşoğlundan konsulluqların bağlanmasına sərt reaksiya

Dünya A- A A+
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyədə 9 səfirlik və konsulluğun bağlanması ilə bağlı açıqlama verib.
 
Ednews-ın xəbərinə görə, Çavuşoğlu, "Biz əslində bunun məqsədli olduğunu düşünürük. Biz səfirləri çağırıb tam olaraq bunu dedik.", - deyə o qeyd edib.
 
Bu ölkələrin təhlükədən danışdıqlarını ifadə edən Çavuşoğlu, "Əgər müttəfiqiksə bu təhlükənin kimdən gəldiyini bizə deməli deyillərmi? Bu ölkələrdən bu istiqamətdə heç bir məlumat paylaşımı edilməyib.", - bildirib.
 
Çavuşoğlu sözlərini belə davam edib: "Əgər seçki öncəsi bizi çətin vəziyyətə salmağa çalışırlarsa xalqımız bunun arxasında nə olduğunu bilir. Bir az dürüstlük gözləyirik. Bu ölkələrdən terror təşkilatlarının məkrli gündəminə etibar etməmələrini istəyirik."
 
Qeyd edək ki, Türkiyədə konsulluqlarını bağlayan ölkələrin də daxil olduğu 9 ölkənin səfirləri dünən Türkiyənin Xarici İşlər nazirliyinə çağırılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...