Bu gün səhər saatlarında Türkiyənin cənubunda baş verən zəlzələ qonşu ölkələrə də təsir edib. 7,4 bal gücündə baş verən zəlzələ Suriya, Livan, Misir və Şimali Kiprdə də hiss olunub.
Ednews “Əl-Əhram”-ə istinadən xəbər verir ki, Suriyanın Hələb, Latakiya, Hama və Rakka bölgələrində zəlzələ ciddi dağıntılara səbəb olub. Hələb şəhərində 42 nəfər olmaqla ümumilikdə, 100-dən çox insan həyatını itirib, 200 nəfər yaralanıb.
Misirin Milli Astronomiya və Geofizika Tədqiqatları İnstitutunun rəhbəri Cad Əl-Qadi bildirib ki, ölkənin şimal- şərqində Fələstinlə sərhəddə yerləşən Rəfah şəhərindən 691 kilometr şimalda 7,9 bal gücündə təkanlar qeydə alınıb. İtki qeydə alınmayıb, mülki obyektlərə ziyan dəyməyib.
Qeyd edək ki, Türkiyənin cənub bölgələrində baş verən dağıdıcı zəlzələ nəticəsində 284 nəfər həlak olub, 2323 nəfər yaralanıb.
Loğman Yunis