Türkiyədəki zəlzələdə xəsarət alan Azərbaycan vətəndaşları var - RƏSMİ - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Türkiyədəki zəlzələdə xəsarət alan Azərbaycan vətəndaşları var - RƏSMİ

Dünya A- A A+
Türkiyədə baş verən zəlzələdə xəsarət alan və evləri yararsız hala düşmüş Azərbaycan vətəndaşları ilə bağlı müəyyən məlumatlar mövcuddur.
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı Azərbaycanın Türkiyədəki Səfirliyi yayıb.
 
“Zərərçəkənlərin sayı müəyyən edildikdə bununla bağlı ətraflı məlumat veriləcək.
 
Zərərçəkən vətəndaşlarımızdan və ya onlar barədə məlumatlı olan şəxslərdən +90 535 577 61 68 qaynar xətti vasitəsi ilə Səfirliklə əlaqə saxlamaları xahiş olunur”, - səfirlikdən qeyd edilib.
 
Qeyd edilib ki, fevralın 6-sı səhər saatlarında Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində Operativ Qərargah yaradılıb: “Operativ Qərargah Azərbaycan Respublikasının İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında yaradılmış Operativ Qərargahlarla əlaqəli şəkildə zəlzələdən zərərçəkmiş Azərbaycan Respublikası vətəndaşlarını müəyyənləşdirməkdədir”.
 
Səfirlik Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, AFAD, digər əlaqədar dövlət qurumları, eləcə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardıma gəlmiş nümayəndə heyəti ilə daimi operativ əlaqə saxlayır:
 
“Səfirliyin qaynar xətt nömrələrinə Türkiyədə yaşayan və müvəqqəti burada olan Azərbaycan vətəndaşları və onların yaxınlarından müraciətlər daxil olmaqdadır. Zəlzələnin baş verdiyi hər bölgə üçün Səfirliyin 1 əməkdaşı ayrılmış və bütün müraciətlər sistemləşdirilir. Səfirlik daxil olmuş və əldə edilmiş bütün məlumatları araşdırır”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...