Ərdoğan AFAD-ın qərargahına gedib, zəlzələ bölgəsi ilə bağlı işləri koordinasiya edəcək - ednews.net

20 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Ərdoğan AFAD-ın qərargahına gedib, zəlzələ bölgəsi ilə bağlı işləri koordinasiya edəcək

Dünya A- A A+
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) baş qərargahına gedib, zəlzələ bölgəsinə nəzarəti öz üzərinə götürüb.
 
Ednews xəbər verir ki, bu barədə qurumun tviter səhifəsində bildirilib.
 
Məlumata görə, o, Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,4 bal gücündə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin koordinasiya etmək üçün AFAD-a rəhbərlik edəcək.
 
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...