Böyük Britaniya Türkiyəyə xilasetmə qrupu göndərib - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Böyük Britaniya Türkiyəyə xilasetmə qrupu göndərib

Dünya A- A A+

Böyük Britaniyanın axtarış-xilasetmə qrupunu daşıyan təyyarə Türkiyəyə eniş edib.

Ednews-un xəbərinə görə, 77 britaniyalı axtarış-xilasetmə mütəxəssisi, avadanlıq və 4 axtarış itindən ibarət qrupu daşıyan təyyarə Qaziantepə eniş edib.

Axtarış və xilasetmə komandası İngiltərə, Şotlandiya və Uelsdən olan mütəxəssislər də daxil olmaqla, ölkənin 14 yanğınsöndürmə və xilasetmə xidmətinin yanğınsöndürənlərindən və işçilərindən ibarətdir. Onlar seysmik dinləmə cihazları, beton kəsən və qıran avadanlıqlar da daxil olmaqla xüsusi axtarış avadanlıqlarından istifadə edəcəklər.

Böyük Britaniyanın Ankaradakı səfirliyi və konsulluqları zəlzələ nəticəsində həyatını itirənlərə ehtiram əlaməti olaraq bayraqlarını yarıya endirib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...