Zəlzələdən ən çox zərər çəkən vilayətlər arasında yer alan Adıyamanda axtarış-xilasetmə işləri 5-ci gündə də sürətini azaltmadan davam edir.
Ednews Haber Globala istinadən xəbər verir ki, axtarış işləri çərçivəsində qəzalı vəziyyətdə olan bir binada səs gəldiyini təsbit edən Mardin Xilasetmə Dairəsinin axtarış-xilasetmə qrupları, Atatürk Bulvarında yerləşən binanın qapısını sındıraraq içəri daxil olub.
Komandalar binada ilişib qaldığını gördükləri pişiyi qısa müddətdə xilas edərək çıxarıblar. Baytarlıq qruplarına təhvil verilən pişiyin səhhətinin yaxşı olduğu bildirilib.
Aynurə ismayılqızı