“Biz layihədə olan hər şeyi olduğu kimi işlədik və binanı qanunlara uyğun tikdik”.
Bu sözləri Kahramanmaraşda altındakı şüşə qablar dükanında boşqabların belə qırılmadığı binanın podratçısı Akın Öncül deyib.
Ednews CNN Türkə istinadən xəbər verir ki, söhbət zamanı podratçı çox təəssüfləndiyini də qeyd edib.
“ Bizim binanın qarşısındakı bina zəlzələ zamanı çökdü. Bizim tikdiyimiz binalar isə Allaha şükür olsun ki, çox ziyanlı binamız olmadı. Biz binanı tikərkən möhkəm olması üçün nə lazımdısa etdik. Bu bir komanda işidir. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Binanın möhkəmliyində İnşaat mühəndislərinin, memarlarların böyük əməyi var”.
Sonda Akın Öncül bütün inşaat işçilərinə üzünü tutaraq hər kəsin qaydalara uyğun evlər tikməyi tövsiyə edib.
“Acımız böyükdür. Bütün millətimizə, dövlətimizə başsağlığı veririk. Ümid edirəm hər kəs bu qaydalara əməl edər. İnsanı zəlzələ deyil, tikinti öldürür”.