Uqandalı Müsəlman tələbələr Kahramanmaraşda zəlzələdən zərər çəkənlər üçün 10 min dollar yardım edib.
Ednews TRT Haber-ə istinadən bildirir ki, Uqandalı müsəlman tələbə Salim Mubekete Anadolu Agentliyinə (AA) türk xalqı ilə həmrəylik əlaməti olaraq yardım kampaniyası təşkil etdiklərini bildirib.
Uqandada bəzi məktəblərdə təşkil edilən yardım kampaniyası çərçivəsində 10 min dollar topladıqlarını ifadə edən Mubekete, "Türkiyədə qardaşlarımızın başına gələnlər və çox sayda insanın həyatını itirməsi bizi kədərləndirdi". dedi.
Türkiyənin onlara dəfələrlə kömək etdiyini xatırladan Mubekete, indi də kömək etmək istədiklərini sözlərinə əlavə edib.
Türkiyənin Kampala səfirliyində keçirilən tədbirdə Kahramanmaraşda baş verən zəlzələlərdə zərər çəkənlər üçün dualar edilib.
Tədbirdə Türkiyənin Kampaladakı səfiri Mehmet Fatih Ak və Uqandada yaşayan Türkiyə vətəndaşları iştirak ediblər.
Zinyət