İranın hakim rejiminin yüksək səviyyəli üzvlərinə çıxış əldə etmiş bir qadın bildirib ki, molla rejimi sui-qəsd kampaniyasının əsasını qoymaq üçün müxtəlif yerlərdə yəhudi diasporunun yerləşdiyi yerləri “xəritələyir”.
Ednews Independent-ə istinadən xəbər verir ki, bu barədə bir zamanlar İranın ali dini lideri Ayətullah Əli Xamenei və dövlət başçısı İbrahim Rəisi ilə görüşmüş Ketrin Perez-Şakdam “The Jewish Chronicle” qəzetinə müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, bu məsələ, Tehranda baş tutan görüşdə məlum olub . İsrail nə vaxtsa İrana hücum etsə bu proses baş verə bilər.
Xanım Perez-Şakdam həmçinin bildirib ki, o, İran hökuməti ilə əlaqəsi olan kinorejissor, mərhum Nader Talebzadə vasitəsilə görüşə giriş əldə edib. Fakt olaraq qeyd edək ki, 2019-cu ildə ABŞ Maliyyə Nazirliyi cənab Talebzadəyə “New Horizon” təşkilatı ilə əlaqəsinə görə sanksiya tətbiq etmişdir.
“New Horizon” İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) dəstək verən beynəlxalq konfranslar təşkil etməsindən dolayı olaraq ABŞ Talebzadeni qınayıb çünki, ABŞ isə SEPAH-ı terror təşkilatı kimi tanıyır.
Bu, cənab Talebzadənin İranda təşkil etdiyi qapalı tədbirdə iştirak edən xanım Perez-Şakdam ona “hər bir iş sektorunda yəhudilər tərəfindən idarə olunan bütün görkəmli QHT-ləri müəyyən etmək” planından danışıldığını söyləyib.
“Diasporanı hədəf almaq üçün onlar həmin bu yəhudilərin təsir sahəsini və onların ailələrinin yaşadığı yerləri öyrənməyin lazım olduğunu”,- deyə xanım Perez bildirib.
Perez-Şakdam həmçinin deyib ki, İranda onun yəhudi olmasını bilməyiblər. O, vurğulayıb ki, bu hadisəyə oxşar bir proses keçən ilin noyabrında da baş verib. Belə ki, MI5-in baş direktoru Ken Makkallum İran “rejimin düşmənləri kimi qəbul edilən Böyük Britaniyada yaşayan şəxsləri qaçırmaq və ya hətta öldürmək ambisiyalarına” malik olduğunu və təhlükəsizlik xidmətinin “pozmağa” çalışıb. 2022-ci ilin yanvarından bəri ən azı 10 belə təhdid prosesi baş verib.
Əkbər Şəbəndəyev