Peruda fövqaladə vəziyyət elan OLUNDU - ednews.net

27 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Peruda fövqaladə vəziyyət elan OLUNDU

Dünya A- A A+

Peruda hakimiyyətə qarşı etiraz aksiyaları davam edir.       

Ednews Guardian nəşrinə istinadən xəbər verir ki, Peru hökuməti prezident Dina Boluarteyə qarşı aylardır davam edən və azı 50 nəfərin həyatına son qoyan etirazlardan sonra paytaxtı Lima və daha üç bölgədə fövqəladə vəziyyət elan edilib.

Ölkənin rəsmi qəzetdə dərc olunan məlumatına əsasən, Peru hökümətinin qanunları orduya 30 gün müddətində ölkədə asayişi qorumaq üçün müdaxilə etmək səlahiyyəti verir. Bu da toplaşmaq azadlığı kimi bir sıra konstitusiya hüquqlarını ləğv edir. Fövqəladə vəziyyətin təqribən mart aylarının sonuna qədər davam edəcəyi bildirilir.

Paytaxtla yanaşı, fövqəladə vəziyyət Kusko və Puno bölgələrində və Limaya bitişik Kallao limanınında da tətbiq edilib.

Etiraz aksiyasiyalarının 3 aydır davam etməsinə baxmayaraq, prezident Boluarte dövlət televiziyasında çıxışı zamanı istefa getməyəciyini bildirib.

 "Zorakı və radikal qruplardan gələn bəzi səslər mənim istefamı tələb edir, əhalini xaosa, nizamsızlığa və dağıntıya sövq edir",- deyə, o, qeyd edib.

Xəyal Gülməmmədov



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...