Misirin Giza bölgəsində yerləşən qədim kilsələrdən birində yanğın baş verib.
Ednews “CTV Egypt” mediasına istinadən xəbər verir ki, ibadətdən sonra ziyarətçilərdən biri kilsədə şamı söndürmədən gedib. Yanılı qalan şam orada yanğına səbəb olub.
Hadisə müşahidə kameraları tərəfindən qeydə alınıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısı qısa zamanda alınıb. Faktla bağlı araşdırma aparılır.
Törə Zeynallı