Avropa İttifaqının (Aİ) Rusiya Federasiyasına qarşı 10-cu sanksiyalar paketinə 1473 fiziki şəxs və 205 təşkilat daxil edilib.
Ednews-un məlumatına görə, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
Sanksiya siyahısına daxil edilən təşkilatların aktivləri dondurulacaq, Aİ vətəndaşları və şirkətlərinin onlara vəsait verməsi qadağan ediləcək. Bundan əlavə, fiziki şəxslərin Aİ-yə daxil olması və ya tranzit keçməsi qadağandır.
Sanksiya siyahısına daxil edilənlər arasında Rusiyanın “Alfa-Bank”, “Tinkoff Bank” və “Rosbank”ı, həmçinin “Rossiya Seqodnya” media qrupu var.
Avropa İttifaqı Rusiyaya qarşı onuncu sanksiyalar paketini şənbə günü, fevralın 25-də qəbul edib. Məhdudiyyətlər bank sektoruna, qabaqcıl texnologiyalara, eləcə də İran şirkətlərinə təsir edəcək.