Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar Ankarada səfərdə olan Xorvatiya müdafiə naziri Mario Banoziclə görüşüb.
Ednews xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
H.Akar ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Nazirlər, həmçinin terrorla mübarizə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.