Baxmut "Vaqner" tərəfindən tam mühasirəyə alınıb - VİDEO - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

Baxmut "Vaqner" tərəfindən tam mühasirəyə alınıb - VİDEO

Dünya A- A A+
Rusiyanın “Vaqner” muzdlu qüvvələrinin yaradıcısı Yevgeni Priqojin cümə günü yayımladığı videoda Ukraynanın Baxmut şəhərinin onun qüvvələri tərəfindən “praktiki olaraq mühasirəyə alındığını” və Kiyev qüvvələrinin yalnız bir yolunun kənarda qaldığını bildirib.
 
Ednews xəbər verir ki, bu barədə "Reuters" nəşri məlumat yayıb. 
 
Bildirilib ki, Priqojinin adamları aylardır Ukraynanın şərqindəki hücuma rəhbərlik ediblər. Moskva Sovet dövründə Artyomovsk adlandırdığı Baxmutu, Kramatorsk və Sloviansk kimi daha böyük şəhərləri ələ keçirmək üçün faydalı bir pillə kimi qiymətləndirir.
 
Videoda hərbi forma geyinən Priqojin Ukrayna prezidenti Vladimir Zelenskini qoşunlarını kiçik şəhərdən çıxarmağa çağırıb. 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...