Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin komandiri, briqada generalı Viktor Xorenko Baxmut şəhərinə səfər edib.
Ednews xəbər verir ki, bu barədə Xüsusi Əməliyyat Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilib.
Xorenko qeyd edib ki, Baxmutun müdafiəsində iştirak edən Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin bütün bölmələri verilən tapşırıqları dəqiqliklə yerinə yetirirlər:
“Hərbçilər olduqca çətin şəraitdə döyüşür və düşmən ordusunun şəxsi heyətinin sayını hər gün azaltmağa çalışırlar".