Moldova xüsusi xidməti xarici kəşfiyyatı gücləndirmək niyyətindədir - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

Moldova xüsusi xidməti xarici kəşfiyyatı gücləndirmək niyyətindədir

Dünya A- A A+
Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti xarici kəşfiyyatı gücləndirməyi və Dnestryanı problem üzərində işləməyi planlaşdırır.
 
Ednews xəbər verir ki, bu və digər prioritetlər barədə məsələlərin icrası idarənin kollegiya iclasında təsdiq edilib.
 
Qeyd olunub ki, kollegiya iclasında təsdiq edilmiş konsepsiyanın prioritetləri sırasına xarici kəşfiyyat, əks-kəşfiyyat seqmenti, ölkənin reinteqrasiyası və konstitusiya quruluşunun qorunmasına cavabdeh olan bölmənin, əks-informasiya fəaliyyətinin işinin gücləndirilməsi daxildir.
 
Xatırladaq ki, fevral ayında Moldova prezidenti Maya Sandu ölkədə vəziyyətin sabitliyini pozmaq təhlükəsi olduğunu bəyan edib və parlamenti xüsusi xidmət orqanlarına əlavə səlahiyyətlər verməyə çağırıb.
 
O, daha sonra bildirib ki, ölkənin dövlət orqanları Ukrayna prezidenti Volodimir Zelenskinin sabitliyin pozulması riskləri və Moldovada dövlət binalarının və girovların ələ keçirilməsi təhlükəsi barədə məlumatını təsdiqləyib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...