Belarus Prezidenti Aleksandr Lukaşenko “Cinayət məsuliyyəti haqqında məcəllələrin dəyişdirilməsi haqqında” qanunu imzalayıb.
Ednews xəbər verir ki, bu barədə ölkənin Prezident Aparatı məlumat yayıb.
Məlumata görə, müvafiq qanunla vəzifəli şəxs və ya hərbi qulluqçu tərəfindən dövlətə xəyanətə görə müstəsna cəza tədbirinin - ölüm hökmü tətbiq ediləcək.
Qərar məmur tərəfindən dövlətə xəyanətə görə cinayət məsuliyyətinin dövlət vəzifəsini tutan bütün şəxslərə şamil edilməsini nəzərdə tutur.