Belarus Prezidenti Aleksandr Lukaşenko İrana səfər edəcək.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, səfərin martın 12-13-də baş tutacağı bildirilib.
Lukaşenkonun İran Prezidenti İbrahim Rəisi ilə görüşü nəzərdə tutulub. Danışıqlar zamanı ikitərəfli münasibətlər və ticarət-iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Danışıqların sonunda bir sıra sənədlərin imzalanması gözlənilir.