Türkiyədə prezident və deputatlığa namizəd üçün ayrılan maliyyə vəsaiti açıqlanıb.
Ednews Türkiyə KİV-nə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener məlumat verib.
Yenerin sözlərinə görə, prezidentliyə namizəd üçün 555 980 lirə (50 000 AZN ) və müstəqil deputatlığa namizəd üçün 55 598 lirə ( 5 000 manat) maliyyə vəsaiti ayrılıb.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.