Şanlıurfada 60, Adıyamanda 8 nəfər daşqından zərər çəkib.
Ednews Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O, qeyd edib ki, sərərçəkənlərin ümumi sağlamlıq vəziyyəti yaxşıdır. Adıyamanda 2, Şanlıurfada 3 nəfər itkin düşüb. Şanlıurfada 93 təcili yardım və 3 UMKE (Milli Tibbi Xilasetmə Qrupu) qrupu, Adıyamanda 5 təcili yardım maşını 3 UMKE qrupları ayrılıb və zəruri səhiyyə xidmətləri göstərilir.
Xatırladaq ki, Şanlıurfada daşqın nəticəsində 12, Adıyamanda 2 nəfə həlak olub.