Avropanın yüksək səviyyədə inkişaf etməsinə baxamayaraq mənəviyyatı böyük çöküşün içindədir İlahiyyatçı

Dünya 16:00 17.03.2023

Qərb ölkələri söz azadlığı və insan hüquqlarına ədalət haqqında danışsalar da, bəzən biz bunun nəticələrini çox fərqli görürük. Son zamanlar Avropada islamofobiya siyasətinin yürüdülməsi, müsəlman təbəqənin təqiblərə məruz qalması, məscidlərin müxtəlif bəhanələrlə bağlanması bunun bariz nümunəsidir. 

Belə olduğu təqdirdə hansı söz azadlığından danışmaq olar?

Məsələ ilə bağlı Ednews-a danışan İlahiyyatçı Ağa Hacıbəyli vurğulayıb ki, istər Avropalı, istərsə də Asiyalı olsaq da bu dünyada birgə yaşamalıyıq. 

“Lakin bəzi ölkələr bir-birinin dininə, tarixinə, mədəniyyətinə  hörmət etməyi unudurlar. Bundan çox uzağa düşmüş ölkələrdən bir çoxu da Avropa ölkələridir. Özlərini  dünya xalqlarının içində ən mədəni göstərən xalqlarda bu gün müsəlmanlara qarşı edilən təhqirləri görürük. Azərbaycan 44 günlük Vətən müharibəsində öz dostunu, düşmənini daha yaxşı tanıdı. Müharibədə Fransanın mövqeni gördük. İslam dini ümumi bəşər sisteminin təqdim edən bir dindir. Bu dində bir insanın ölümü bütün insanların ölümü deməkdir. Bir insanın həyatını qurtarmaq bütün insanların həyatını xilas etmək kimi göstərir. İslam dini sülh dinidir. Ən özəl tərəfi insanda mərhəmət və şəfqət hisslərinin qabardılmasıdır. Hətta İslamda olan cihat sözünü indi çox qabardırlar. O sözün mənası bir insanı cəhənnəmdən xilas etmək deməkdir. Lakin bəzi ölkələr onu batırmaq kimi qələmə verir”.

İlahiyyatçı vurğulayıb ki, kim İslamı öyrənmək istəyirsə, peyğəmbərin həyatından nümunə götürməlidir.

“İslam qorxulu din deyil. Bütün insanların qurtuluş dinidir. İslam dini heç bir kilsəni, məbədi, sinaqoqu nə dağıdıb, nə də təhqir edib. Bütün dinlərə hörmət edib. Bunun ən böyük nümunəsini indi çəkəcəyim misalda görə bilərik. Digər ölkələrdən tək istəyimiz bizim dinimizə, inancımıza hörmət etmələridir. Avropada bütün sahələr yüksək səviyyədə inkişaf etməsinə baxamayaraq, mənəviyyat böyük çöküşün içindədir”.

Hüquq müdafiəçisi Sahib Məmmədov isə deyir ki, Fransanın işğal etdiyi ölkələr içərisində müsəlman ölkələri də olub. Onlar müsəlmanlara qarşı soyqırım da həyata keçiriblər. 

“Həmin ölkələrə divan tutub və əziyyət veriblər. Fransanın müstəmləkəyə çevirdiyi ərazilərdə ölkə vətəndaşı olanlarda var. Fransa da hələ də insanlar dinə görə ayrılırlar. Bunun səbəbi isə onların müsəlman olmasıdır. Buna görə də qeyri-rəsmi qanun qəbul etməklə vətəndaşların hüququnu pozurlar. Məscidlərin fəaliyyətini məhdudlaşdırlar. Bundan başqa müsəlmanların geyiminə qadağalar tətbiq edilir. Qanundan kənar ümumi müsəlmanlar izlənilir. Buna səbəb kimi onların terrorçu olmasına dair şübhələr göstərilir. Hakim dairələrdə işə düzəlmələrinə icazə verilmir. Müsəlmanların dövlət orqanlarına, seçkili orqanlarına və yerli hakimiyyət orqanlarına seçkidə iştirakı olmayan kateqoriya aid edilir. Ümumiyyətlə, qərb ölkələrinin qanunvericiliyində yüz illərlədir ki, yalnız öz xalqlarını nəzərdə tuturdular. Etdikləri hərəkətləri sindrom da adlandırmaq olar. Onlar üçün hüquq yalnız öz xalqlarından olanlar üçün qüvvədədir”.

Qeyd edək ki, İslam dininə ibadət edən insanların Avropa ölkələrində demoqrafiq vəziyyəti ilə bağlı 2017-ci ilin noyabrın sonunda Vaşinqtonda yerləşən “Pew Research Center” adlı beyin mərkəzi tərəfindən dərc olunmuş araşdırmaya əsasən, 2016-cı ilin ortaları üçün Fransa əhalisinin 8,8 faizini (5,7 milyon nəfər) müsəlmanlar təşkil edib. Almaniyanın “Statista” şirkətinin də statistik rəqəmlərinə görə Fransa əhalisinin 8 faizi müsəlmanlardan ibarətdir. Avropa şəhərləri arasında Paris şəhəri və İl-dö-Frans regionu müsəlman əhalinin sayına görə birinci yerdədir. Burada 2,8 milyon müsəlman əhalinin yaşadığı güman edilir. Fransa 67,5 milyon əhalisi ilə Avropa İttifaqı ölkələri sırasında müsəlmanların say göstəricisinə görə birinci yeri tutur. Bu rəqəmin 2050-ci ilə qədər iki dəfədən çox artacağı proqnozlaşdırılır.

Aysel Şahmar

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Hamısı