Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyası şənbə günü başlayır və "sükut günü" elan edilən mayın 13-dək davam edəcək. Səsvermə mayın 14-də, ehtiyac yaranarsa, prezident seçkilərinin ikinci turu isə mayın 28-də keçirilə bilər.
Ednews “TRT Haber”ə istinadən xəbər verir ki, “Seçki Təqvimi” bu həftə Türkiyə Ali Seçki Şurası tərəfindən təsdiq edilib.
MSK-nın qərarına əsasən, prezidentliyə namizədlərin irəli sürülməsi martın 19-da başlanacaq və martın 23-də yerli vaxtla saat 17:00-da başa çatacaq.
Seçkilərdə iştirak edəcək siyasi partiyalar və ya birliklər martın 24-də günün sonuna qədər namizədlərinin siyahılarını MSK-ya təqdim etməlidirlər.