Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını həyata keçirib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Cənub Koreyanın "Yonhap" agentliyi mənbələrə istinadən yayıb.
Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri qısa mənzilli ballistik raketin Tonçxanni poliqonu ərazisindən buraxıldığını bildirib.
Yaponiya mətbuatı yazır ki, raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.