Türkiyədə prezidentliyə namizəd üçün müraciət prosesi başladı - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

Türkiyədə prezidentliyə namizəd üçün müraciət prosesi başladı

Dünya A- A A+
Türkiyədə prezidentliyə namizəd üçün Ali Seçki Qurumuna müraciət prosesi başlayıb.
 
Ednews-un xəbərinə görə, mayın 14-də keçiriləcək prezident seçkiləri və parlament seçkiləri təqviminə əsasən, seçicilər tərəfindən prezidentliyə namizəd göstərilmək istəyənlər üçün müraciət müddəti sabah saat 17.00-da başa çatır.
 
Müraciəti rədd edilənlər müraciətlərinə yenidən baxılması üçün 21 mart saat 15.00-a qədər yenidən müraciət edə bilərlər. Müraciətlərə baxılaraq həmin gün saat 17.00-a qədər cavab veriləcək.
 
Bundan sonrakı mərhələdə seçicilər tərəfindən namizəd göstərilənlər ən azı 100 min imzanı 22 mart-27 mart tarixlərində toplamalıdırlar.
 
Siyasi partiyaların prezidentliyə namizəd üçün müraciətlərinin qəbul edilməsi müddəti isə 23 may saat 17.00-da başa çatacaq.
 
Prezidentliyə namizədliyi təsdiqlənənlərin yekun siyahısı martıq 31-də “Resmi Gazete”-də yayımlanacaq və təbliğat kampaniyası mərhələsi başlayacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...