İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri görüşəcək.
Ednews-un xəbərinə görə, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Yaxın vaxtlarda Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüşəcəyik və səfirliyin yenidən açılması üçün hazırlıqların görülməsini razılaşdıracağıq”, - deyə Hüseyn Əmir Abdullahian qeyd edib