Səudiyyə Ərəbistanının kralı İran Prezidentini Ər-Riyada səfərə dəvət edib - ednews.net

27 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Səudiyyə Ərəbistanının kralı İran Prezidentini Ər-Riyada səfərə dəvət edib

Dünya A- A A+
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud İran Prezidenti İbrahim Rəisini Ər-Riyada səfərə dəvət edib.
 
Ednews-un “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Prezident Administrasiyasının rəhbərinin müavini Mohammad Camşidi bildirib.
 
Mohammad Camşidi deyib ki, Səudiyyə Ərəbistanının kralı İran Prezidentinə məktubunda iki ölkə arasında diplomatik əlaqələrin bərpasını alqışlayıb və onu Ər-Riyada rəsmi səfərə dəvət edib.
 
Eyni zamanda Səudiyyə Ərəbistanının kralı məktubunda iki ölkə arasında iqtisadi və regional əməkdaşlığı möhkəmləndirməyə çağırıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...