Rusiyanın neft kəmərinə PUA zərbəsi endirildi - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Rusiyanın neft kəmərinə PUA zərbəsi endirildi

Dünya A- A A+
Rusiyanın Bryansk vilayətində “Dostluq” neft kəməri üzərindəki neft nasosu stansiyasına pilotsuz uçuş apparatı (PUA) ilə zərbə endirilib. 
 
Ednews xəbər verir ki, bu barədə Ğryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Telegram-da paylaşım edib. 
 
Aleksandr Boqomaz bildirib ki, Ukrayna Silahlı Qüvvələri PUA ilə “Novozıbkov” neft nasosu stansiyasına hücum edib, xəsarət alanlar yoxdur. 
 
Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub, təhlükəsizliyin təmini üçün Drujba, Mamay, Trostan, Dubrovka və Novskoe yaşayış məntəqələrinə elektrik verilişi dayandırılıb. 
 
Qeyd edilib ki, operativ-istintaq tədbirlərindən sonra enerji təchizatı bərpa olunacaq. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...