Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşdü - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşdü

Dünya A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətinə işgüzar səfəri zamanı ukraynalı müdafiəçilərin Baxmut istiqamətindəki mövqelərinə baş çəkib.

Ednews xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisi məlumat yayıb.

Zelenski cəbhədəki vəziyyət və döyüş əməliyyatlarının gedişi ilə bağlı məruzələri dinləyib. Prezident hərbçilərlə də söhbət edib və onlara Ukraynanı qoruduqlarına görə təşəkkürünü bildirib.

“Mən bu gün burada, dövlətimizin şərqində, Donbasda olmaq və qəhrəmanlarımızı mükafatlandırmaq, təşəkkür etmək, əl sıxmaq şərəfinə nail oldum. Ukrayna dövlətini, onun suverenliyini, şərqini müdafiə etdiyiniz üçün sizə təşəkkür edirəm”, - deyə Zelenski əlavə edib.

İştirakçılar həlak olmuş müdafiəçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Zelenski hərbçilərə dövlət mükafatlarını da təqdim edib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...